Avropa nəhəngləri “Yuventus”un futbolçusu üçün yarışa girdi

“Yuventus”un futbolçusu Duqlas Kosta Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçuyla PSJ, “Mançester Yunayted” və “Mançester Siti” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” braziliyalı futbolçu üçün ən azı 60 milyon avro tələb edir.

Turin təmsilçisiylə 2022-ci ilə qədər müqaviləsi olan Kosta, bu mövsüm 24 qarşılaşmada iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button