“Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm, amma…” – Di Mariya

PSJ-nin futbolçusu Anxel Di Mariya gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel haqda danışan argentinalı futbolçu, karyerasını PSJ-də bitirmək istədiyini bildirib:

“Yaxşı vəziyyətdəyəm və burda xoşbəxtəm. Klub mənə qarşı çox yaxşı davranır. Mən də PSJ üçün əlimdən gələni edirəm. Baş məşqçimiz Tomas Tuxeli dəstəkləyirik. O, bizi Çempionlar Liqasının finalına çıxaran əla mütəxəssisdir. Tuxel bizim üçün ən yaxşısını etdi. O, bizə güvənir. Biz də özümüzə inanırıq.

Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm, amma bu, məndən asılı deyil”.

2015-ci ildən PSJ-də çıxış edən 32 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button