İngilislər Avropa Klublar Birliyinə qayıtmaq istəyir

Avropa Super Liqasından çıxan İngiltərə klubları Avropa Klublar Birliyinə (ECA) qayıtmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ingilis jurnalist Kris Uilyams özünün “tvitter” hesabında məlumat yayıb. O, artıq İngiltərənin 6 klubunun Avropa Klublar Birliyinə yenidən üzv olmaq üçün UEFA-ya müraciət ünvanladığını bildirib.

İngiltərə klubları daha əvvəl Avropa Super Liqasında iştirak etməyi düşündükləri üçün ECA-dan ayrılmışdılar.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button