Avropa Liqasının rəmzi komandası FOTO

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi komandada “Napoli”ni 2:0 hesabıyla məğlub edən “Arsenal”dan daha çox futbolçu yer alıb:

Qapıçı: Petr Çex (“Arsenal”);

Müdafiəçilər: Sokratis Papastatopulos, Eynsli Meytlend-Nayls (hər ikisi “Arsenal”), Ruben Dias (“Benfika”), Markos Alonso (“Çelsi”);

Yarımmüdafiəçilər: Aron Remzi (“Arsenal”), Jedson Fernandes (“Benfika”), Qonsalo Quedes (“Valensiya”), Filip Kostiç (“Ayntraxt”);

Hücumçular: Joao Feliks (“Benfika”), Qonsalo Pasensiya (“Ayntraxt”).