Romada insident: 2 azarkeş bıçaqlandı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Latsio” “Seltik”i qəbul edəcək.

Komanda.az xəbər verir ki, paytaxt Romada keçiriləcək qarşılaşmadan əvvəl iki “Seltik” azarkeşi bıçaqlanıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, 35 və 52 yaşlı şotland azarkeşlərin gecə irlandiyalılara məxsus bir barın çıxışında bıçaqlandığı bildirilir.

Bu gün keçiriləcək “Latsio” – “Seltik” oyunu saat 21:55-də start götürəcək. Qarşılaşmada “Seltik”i 9 min şotland azarkeşin dəstəkləyəcəyi gözlənilir.