“Sivasspor” – “Qarabağ” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən “Sivasspor” (Türkiyə) – “Qarabağ” matçının hakimləri məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Joao Pinheyro olacaq. Ona Pedro Ribeyro və Tyaqo Xose Pereyra Kosta kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yanku Yoan Vasilika yerinə yetirəcək.

Noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı saat 21:55-də başlayacaq.