Avropa Liqasının kuboku Moskvada sərgilənir

Martın 12-dən etibarən Rusiyanın paytaxtı Moskva şəhərində “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” fəaliyyətə başlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın turizm potensialı və yeni turizm məhsullarının təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə də bağlı xüsusi stend quraşdırılıb. Stenddə UEFA Avropa Liqası Finalı Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı UEFA Avropa Liqası turnirinin rəsmi kuboku da nümayiş etdirilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda keçirilmiş, UEFA Avropa Liqası Finalı Bakı-2019-a həsr olunmuş şou xarakterli oyunda ictimiyyətə nümayiş olunmuşdu. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdi. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənmişdi. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər UEFA Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” martın 14-dək fəaliyyət göstərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button