AL: 3-cü təsnifat mərhələsinə yüksələn sonuncu klub bilindi

Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn sonuncu klub məlum olub.

Komanda.az xəbər verir ki, bu, Latviyanın “Riqa” klubudur.

Dünən keçirilən və güclü küləyə görə təxirə salınan “Riqa” – “Tre Fiori” (San Marino) matçı bu gün oynanılıb. Görüş “Riqa”nın minimal hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmada yeganə qolu 57-ci dəqiqədə Pedrinyo vurub.

“Riqa” 3-cü təsnifat mərhələsində Şotlandiya “Seltik”i ilə qarşılaşacaq.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi

18 sentyabr

Riqa (Latviya) – Tre Fiori (San Marino) 1:0
Qol:
Pedrinyo, 57.