“Qalatasaray” Bakıya 20 futbolçu ilə gəlir FOTO

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın Bakıya gətirəcəyi futbolçuların adları məlum olub.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” sabahkı oyun üçün Azərbaycana 20 futbolçu ilə gələcək. Bu barədə klubun “tvitter” hesabında paylaşım edilib.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.