“Qalatasaray” Bakıda

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Bakıya gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. Komandanı İstanbuldan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.