2 futbolçuda koronavirus aşkarlandı – Avroliqa oyunundan əvvəl

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə qarşılaşacaq BATE-nin iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Belarus təmsilçisinin mətbuat xidməti məlumat yayıb. BATE-nin futbolçuları Stanislav Draqun və İqor Staseviçin koronavirus testi müsbət nəticələnib. Hər iki futbolçu karantinə alınıb.

BATE Avropa Liqasının 2-ci təsnifat mərhələsində, sabah səfərdə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq.