“Bu heyətimizlə “Keşlə”yə qalib gələ biləcəyimizi düşünürəm” – “Laçi” rəsmisi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Laçi”nin (Albaniya) idman direktoru Naim Halili açıqlama verib.

Komanda.az xəbər verir ki, “panorama.com.al” saytına danışan Halili, “Keşlə”ni məğlub edə biləcək heyətə sahib olduqlarını deyib:

“Şansli püşk deməzdim, nəticədə sadəcə bir oyun olacaq. Xüsusilə, azarkeşlərin olmayacağını nəzərə alsaq, oyunun harda keçirilməsinin əhəmiyyəti yoxdur. Bu heyətimizlə “Keşlə”yə qalib gələ biləcəyimizi düşünürəm. “Laçi” oyunun nəticəsini həll edə biləcək keyfiyyətə sahibdir.

“Keşlə”ni az da olsa, tanıyıram. Çünki iki il əvvəl Mladen Milinkoviç orda işləyirdi və bu komandanın bəzi oyunlarını izləmək fürsətim olmuşdu”.

“Keşlə” – “Laçi” matçı avqustun 27-də Bakıda keçiriləcək.