“Keşlə”nin Avroliqa matçı neytral meydanda keçirilə bilər

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) matçı neytral meydanda keçirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Laçi”nin idman direktoru Naim Halili yerli mətbuata açıqlamasında deyib. O, qarşılaşmanın koronavirus pandemiyasına görə neytral meydanda keçirilə biləcəyini bildirib:

 “Koronavirus pandemiyasına görə qarşılaşmanın Azərbaycanda oynanılıb-oynanılmayacağını bilmirik, Kiprdə və ya İspaniyada da oynaya bilərik. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək, ondan sonra səyahət olunacaq yer müəyyənləşəcək”.

“Keşlə” – “Laçi” matçı avqustun 27-də, Bakıda keçirilməlidir.