Arteta: “Cütün taleyi növbəti oyunda həll olunacaq”

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda “Benfika” (Portuqaliya) ilə qarşılaşan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan ispan mütəxəssis, 1:1 hesabıyla bitən qarşılaşma ilə bağlı bunları deyib:

“Oyunda ciddi şəkildə üstünlük qurmuşduq və çoxlu qol imkanlarımız oldu. Avropada səfər oyunları zamanı əlinizə düşən fürsətləri dəyərləndirməlisiz. İndi daha yaxşı vəziyyətdə ola bilərdik, amma cütün taleyi növbəti oyunda həll olunacaq”.

“Arsenal” – “Benfika” matçı fevralın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button