Avropa Liqasında yeni rekordçu

“Benfika” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Ayntraxt”ı 4:2 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada 3 qol vuran Portuqaliya təmsilçisinin hücumçusu Joao Feliks Avroliqanın tarixinə düşüb. Belə ki, “Ayntraxt” qarşısında het-trik edən Feliks, Avropa Liqasında bir oyunda 3 və daha çox qol vuran ən gənc futbolçu olub. O, buna 19 yaş 152 günlüyündə nail olub.

“Ayntraxt”la “Benfika” arasındakı 1/4 final mərhələsinin cavab matçı aprelin 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button