Avropa Liqasında yeni rekord

“Çelsi” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Ayntraxt”la (Frankfurt) qollu bərabərə qalıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən görüşdə “zadəganlar” yeni rekorda imza atıblar. Belə ki, “Çelsi” Avropa Liqasında ardıcıl 16 oyundur ki, məğlub olmur. London klubundan əvvəl heç kim buna nail ola bilməyib.

“Çelsi” ilə “Ayntraxt” arasındakı cavab matçı mayın 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button