AL: Sonuncu turun ən yaxşısı adına namizədlər

Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Bukayo Saka (“Arsenal”), Meyson Qrinvud (“Mançeçster Yunayted”), Dieqo Jota (“Vulverhempton”) və Joris Nyanyon (“Renn”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.