Avropa Liqasında həftənin oyunçusu bilindi

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə 4 namizəd arasında seçim aparılıb.

Nəticədə “Arsenal”ın hücumçusu Nikolas Pepe turun ən yaxşısı seçilib. 24 yaşlı oyunçu “Gimaraynş”la qarşılaşmada (3:2) dubla imza ataraq buna nail olub.

Pepe digər iddiaçılar Rayan Kristi (“Seltik”), Ussama İdrissi (“Alkmar”) və Franko Vaskesi (“Sevilya”) qabaqlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button