Avropa Liqasında 1-ci təsnifat mərhələsinin bütün cütləri

Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycanın turnirdəki təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Turnirdəki təmsilçilərimizdən “Neftçi” “Şkupi” (Şimali Makedoniya) ilə qarşılaşacaq, “Keşlə” isə Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Səpələnməmişlər səbətindəki “Sumqayıt” Şimali Makedoniyanın “Şkendiya” klubuna rəqib olub. Hər 3 təmsilçimiz oyunlarını doğma meydanda keçirəcək.

1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.

Avropa Liqası
2020/21 mövsümü
1-ci təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya)

“Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)

“Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)

Maribor (Sloveniya) – “Kolreyn” (Şimali İrlandiya)/“La Fiorita” (San-Marino) cütünün qalibi

“Riteryay” (Litva) – “Derri Siti” (İrlandiya)

“Zrinski” (Bosniya və Herseqovina) – “Differdanj” (Lüksemburq)

“Rusenborq” (Norveç) – “Breydablik” (İslandiya)

“Hammarbü” (İsveç) – “Puşkaş Akademi” (Macarıstan)

“Ventspils” (Latviya) – “Dinamo-Avto” (Moldova)

“Orhus” (Danimarka) – “Honka” (Finlandiya)

TNS (Uels) – “Jilina” (Slovakiya)

“Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya)

“Apollon” (Kipr) – “Saburtalo” (Gürcüstan)

“Partizan” (Serbiya) – RFS (Latviya)

“Styaua” (Rumıniya) – “Şirak” (Ermənistan)

“Olimpiya” (Sloveniya) – “Vikinqur” (İslandiya)

“Jalgiris” (Litva) – “Payde” (Estoniya)

“Valletta” (Malta) – “Bala Taun” (Uels)

“Aberdin” (Şotlandiya) – “Runavik” (Farer adaları)/“Barri Taun” (Uels) cütünün qalibi

“Malmö” (İsveç) – “Krakoviya” (Polşa)

“Şaxtyor” (Belarus) – “Sfintul” (Moldova)

“Şemrok Rovers” (İrlandiya) – “İlves” (Finlandiya)

“Vaduts” (Lixtenşteyn) – “Hibernians” (Malta)

“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Kauno, Litva)

“Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina)

“Lex” (Polşa) – “Valmiera” (Latviya)

“Proqress” (Lüksemburq) – “Enqordan” (Andorra)/“Zeta” (Monteneqro) cütünün qalibi

“Cent Cozefs” (Cəbəllütariq)/B-36 (Farer adaları) cütünün qalibi – “Levadiya” (Estoniya)

“Honved” (Macarıstan) – “İnter” (Finlandiya)

“Linkoln” (Cəbəllütariq)/“Priştina” (Kosovo) cütünün qalibi – “Union” (Lüksemburq)

“Motervell” (Şotlandiya) – “Qlentoran” (Şimali İrlandiya)/“Torshavn” (Farer adaları) cütünün qalibi

“Kukesi” (Albaniya) – “Slaviya” (Bolqarıstan)

“Dinamo” (Minsk, Belarus) – “Pyast” (Polşa)

“Hafnarfyordur” (İslandiya) – “Dunayska” (Slovakiya)

“Servett” (İsveçrə) – “Rujomberok” (Slovakiya)

“Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Batumi, Gürcüstan)

“Fehervar” (Macarıstan) – “Bohemians” (İrlandiya)

“Alaşkert” (Ermənistan) – “Renova” (Şimali Makedoniya)

“Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya)

ÇSKA (Sofiya, Bolqarıstan) – “Sirens” (Malta)

“Petrokub” (Moldova) – “Baçka Topola” (Serbiya)

“Teuta” (Şimali Makedoniya) – “Beytar” (İsrail)

“Borats” (Bosniya və Herseqovina) – “Sutyeska” (Monteneqro)

“Kayrat” (Qazaxıstan) – “Noa” (Ermənistan)

“Santa Koloma” (Andorra)/“İskra” (Monteneqro) cütünün qalibi – “Lokomotiv” (Plovdiv, Bolqarıstan)

“Lokomotivi” (Gürcüstan) – “Universitatya” (Krayova, Rumıniya)

“Tre Penne” (San-Marino)/“Qjilani” (Kosovo) cütünün qalibi – APOEL (Kipr)