Avropa Liqasında püşk atıldı: “Başakşəhər” “Sportinq”lə qarşılaşacaq

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasim saat 16:00-da başlayıb.

Püşkatmada 32 komanda iki səbətə bölünüb. Püşkün nəticələrinə əsasən, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” bu mərhələdə “Sportinq”lə qarşılaşacaq. İngiltərənin “Mançester Yunayted” klubu isə “Brügge”yə rəqib olub.

Avropa Liqası, 1/16 final mərhələsi

Vulverhempton (İngiltərə) – Espanyol (İspaniya)
Sportinq (Portuqaliya) – Başakşəhər (Türkiyə)
Xetafe (İspaniya) – Ayaks (Niderland)
Bayer (Leverkuzen, Almaniya) – Portu (Portuqaliya)
Kopenhagen (Danimarka) – Seltik (Şotlandiya)
APOEL (Kipr) – Bazel (İsveçrə)
ÇFR (Kluj, Rumıniya) – Sevilya (İspaniya)
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə)
Alkmaar (Hollandiya) – LASK (Avstriya)
Brügge (Belçika) – Mançester Yunayted (İngiltərə)
Ludoqorets (Bolqarıstan) – İnter (İtaliya)
Ayntraxt (Frankfurt, Almaniya) – Zalsburq (Avstriya)
Şaxtyor (Donetsk, Ukrayna) – Benfika (Portuqaliya)
Volfsburq (Almaniya) – Malmö (İsveç)
Roma (İtaliya) – Gent (Belçika)
Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya)

1/16 finalın ilk oyunları 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.