Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan 2-ci komanda – “Qarabağ”

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır. “Köhlən atlar”a qarşı beş oyununda 82 dəfə qayda pozulub.

Türkiyənin “Trabzonspor” komandasının futbolçuları 84 dəfə kobudluğa məruz qalıblar. İlk üçlüyü Fransa “Renn”i (81) qapayır.

“Qarabağ”ın üzvləri 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Komanda bu göstəricidə 30-cu sıradadır. 

5-ci turda İspaniyada “Sevilya”ya uduzan “Qarabağ” 1/16 final mərhələsinə yüksəlmək şansını itirib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button