Avropa Liqası: Yeni mövsümün tam təqvimi bilindi

UEFA Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, növbəti mövsümdə turnirə avqustun 20-də start veriləcək, gələn il mayın 26-da isə yekun vurulacaq.

Avropa Liqasının yeni mövsümündə Azərbaycanın “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları mübarizə aparacaq. Hər üç klub mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

Təsnifat mərhələsi
İlkin mərhələ – 20 avqust
Birinci təsnifat mərhələsi – 27 avqust
İkinci təsnifat mərhələsi – 17 sentyabr
Üçüncü təsnifat mərhələsi – 24 sentyabr
Pley-off mərhələsi – 1 oktyabr

Qrup mərhələsi
1-ci tur – 22 oktyabr
2-ci tur – 29 oktyabr
3-cü tur – 5 noyabr
4-cü tur – 26 noyabr
5-ci tur – 3 dekabr
6-cı tur – 10 dekabr

Final mərhələsi
1/16 final mərhələsi – 18-25 fevral 2021
1/8 final mərhələsi – 11-18 mart
1/4 final mərhələsi – 8-15 aprel
Yarımfinal mərhələsi – 29 aprel – 6 may.

Final
26 may

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button