Avropa Liqası: Yarımfinalın cavab oyunlarına təyinatlar

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Londonda keçiriləcək “Çelsi” – “Ayntraxt” matçı Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Ovidiu Hateqan olacaq. Ona Oktavyan Şovr və Sebastyan Corc kömək edəcək. Oyunun 4-cü hakim funksiyasını isə Pavel Kraloveç yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Radu Petresku və Sebastyan Koltesku təyin olunub.

İspaniyada keçiriləcək “Valensiya” – “Arsenal” oyunu isə Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dani Makkeli, köməkçiləri Mario Diks və Hessel Steqstra olacaq. 4-cü hakim funksiyasını rusiyalı Sergey Karasev yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Dennis Hiqler və Yohem Kamphus olacaq.

Hər iki görüş mayın 9-da, saat 23:00-da start götürəcək. “Arsenal” ilk oyunda “Valensiya”nı 3:1 hesabıyla məğlub edib, “Çelsi” isə səfərdə “Ayntraxt”la qollu bərabərə qalıb – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button