Avropa Liqası tarixində 2-ci

“Arsenal” Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Valensiya”nı 4:2 hesabıyla məğlub edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “topçular”ın heyətində het-trik edən Pyer-Emerik Obameyanq, turnirin tarixinə düşüb. Belə ki, qabonlu hücumçu, Avropa Liqası tarixində yarımfinal mərhələsində 3 və daha çox qol vuran ikinci futbolçu olub.

AL tarixində ilk dəfə yarımfinal mərhələsində bunu bacaran futbolçu isə Radamel Falkaodur. Kolumbiyalı hücumçu 2011-ci ildə, “Portu”nun “Vilyarreal”ı 5:1 hesabıyla məğlub etdiyi oyunda 4 qola imza atmışdı.

İlk oyunda öz meydanında “Valensiya”nı 3:1, cavab qarşılaşmasında isə 4:2 hesabıyla məğlub edən “Arsenal”, Avropa Liqasında final görüşünə vəsiqə qazanıb.

Bakı Olimpiya stadionunda keçiriləcək final matçında “Arsenal” “Çelsi” ilə qarşılaşacaq. Oyun mayın 29-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button