“Səbail” Avroliqadakı debüt matçından məğlub ayrıldı

“Səbail” klubu bu gün tarixində ilk dəfə olaraq Avropa Liqası çərçivəsində meydana çıxıb.

Komanda.az xəbər verir ki, “Səbail”in avrokuboklardakı debüt matçı Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı olub. Bakı təmsilçisi paytaxtda keçirilən oyundan sərfəli nəticə ilə ayrılmağa borclu idi. Amma beş qolun qeydə alındığı qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə bitib.

Avropa Liqasındakı digər təmsilçimiz “Neftçi” isə bu gün səfərdə Moldovanın “Speranta” klubu ilə qarşılaşır.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun

11 iyul

Səbail – Universitatya Krayova (Rumıniya) 2:3
Qol: Ağabala Ramazanov, 33; 82 – Aleksandr Mateyu, 13. Nikuşor Banku, 51. Mihay Roman, 68.
Baş hakim: Fyodor Zammit (Malta)
Bakı, “ASCO Arena”.

Səbail: 12. Daniel Bojinovski, 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev.
Universitatya Krayova: 13. Mirko Pilyatselli, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 7. Mihay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbut, 26. Stefan Akka, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Fortes Dos Santos, 17. Stefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonita.
Baş məşqçi: Korneliu Papure.