Avropa Liqası: “Qarabağ” üçün “Sevilya”… və yenə APOEL

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Monako şəhərində keçirilən tədbir saat 15:00-da start götürüb. Püşkdə 48 klub 12 qrupa bölünüb.

Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandalk”ını (1:1, 3:0) mübarizədən kənarlaşdırıb Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə qoşulub. Azərbaycan çempionu burda Şimali İrlandiya “Linfild”ini yarışdan kənarlaşdırıb – 2:3, 2:1.

Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən, 3-cü səbətdə yer alıb. “Köhlən atlar” Avropa Liqasının A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparacaq.

Qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

Avropa Liqası, qrup mərhələsi

A qrupu
Sevilya (İspaniya)
APOEL (Kipr)
Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq)

B qrupu
Dinamo (Kiyev, Ukrayna)
Kopenhagen (Danimarka)
Malmö (İsveç)
Luqano (İsveçrə)

C qrupu
Bazel (İsveçrə)
Krasnodar (Rusiya)
Xetafe (İspaniya)
Trabzonspor (Türkiyə)

D qrupu
Sportinq (Portuqaliya)
PSV (Hollandiya)
Rusenborq (Norveç)
LASK (Avstriya)

E qrupu
Latsio (İtaliya)
Seltik (Şotlandiya)
Renn (Fransa)
ÇFR (Kluj, Rumıniya)

F qrupu
Arsenal (İngiltərə)
Ayntraxt (Almaniya)
Standard (Lyej, Belçika)
Vitoria (Portuqaliya)

G qrupu
Portu (Portuqaliya)
Yanq Boyz (İsveçrə)
Feyenoord (Hollandiya)
Reyncers (Şotlandiya)

H qrupu
ÇSKA (Moskva, Rusiya)
Ludoqorets (Bolqarıstan)
Espanyol (İspaniya)
Ferentsvaroş (Macarıstan)

I qrupu
Volfsburq (Almaniya)
Gent (Belçika)
Sent-Etyen (Fransa)
Aleksandriya (Ukrayna)

J qrupu
Roma (İtaliya)
Borussiya (Münhenqladbax, Almaniya)
Başakşəhər (Türkiyə)
Volfsberq (Avstriya)

K qrupu
Beşiktaş (Türkiyə)
Braqa (Portuqaliya)
Vulverhempton (İngiltərə)
Slovan (Slovakiya)

L qrupu
Mançester Yunayted (İngiltərə)
Astana (Qazaxıstan)
Partizan (Serbiya)
Alkmaar (Hollandiya)