Avropa Liqası: “Qarabağ”ın ilk oyununa hakim təyinatları açıqlandı

Qarabağ”ın Avropa  Liqasının pley-off mərhələsində “Linfild” (Şimali İrlandiya) klubu ilə qarşılaşacağı ilk oyuna hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şerer  olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.

“Linfild” – “Qarabağ” matçı avqustun 22-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.