Avropa Liqası: Pley-off mərhələsinə yekun vuruldu

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib. Komandalar arasındakı ilk oyun “Linfild”in 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçında 2:1 qalib gələn Ağdam klubu mərhələ adlayan tərəf olub.

Türkiyənin “Trabzonspor” klubu ilk oyunda 3:1 hesabıyla məğlub etdiyi AEK-i bu dəfə doğma azarkeşləri qarşısında qəbul edib. İki cavabsız qolla uduzmasına baxmayaraq, qonşu ölkə təmsilçisi də qrup mərhələsinə vəsiqə əldə edib.

Moskva “Spartak”ı isə Portuqaliya “Braqa”sı ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk görüşdə portuqallar minimal hesablı qələbəyə sevinmişdi – 1:0. Cavab görüşündə də uduzan Rusiya təmsilçisi mübarizəni dayandırmalı olub.

Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları

29 avqust

Qarabağ – Linfild (Şimali İrlandiya) 2:1
Qol
: Romero, 6. Zubir, 88 – Leyveri, 90+3.
İlk oyun – 2:3

Riqa (Latviya) – Kopenhagen (Danimarka) 1:0
Qol
: Brisola, 75.
İlk oyun – 1:3

AİK (İsveç) – Seltik (Şotlandiya) 1:4
Qol
: Larsson, 33-pen – Forrest, 17. Conston, 34. Julien, 87. Morqan, 90+3.
İlk oyun – 0:2

Apollon (Kipr) – PSV (Hollandiya) 0:4
Qol
: İhattaren, 73. Mitroğlu, 76. Malen, 79; 90+4.
İlk oyun – 0:3

BATE (Belarus) – Astana (Qazaxıstan) 2:0
Qol
: Skaviş, 6. Yablonski, 85.
İlk oyun – 0:3

Bney Yehuda (İsrail) – Malmö (İsveç) 0:1
Qol
: Molins, 7.
İlk oyun – 0:3

Zarya (Ukrayna) – Espanyol (İspaniya) 2:2
Qol
: Lednev, 54. Rusin, 78 – Ferreyra, 34. Varqas, 62.
İlk oyun – 1:3

Mölde (Norveç) – Partizan (Serbiya) 1:1
Qol
: Ceyms, 72 – Miletiç, 80.
İlk oyun – 1:2

PAOK (Yunanıstan) – Slovan (Slovakiya) 3:2
Qol
: Limnios, 49. Sviderski, 50. Yannulis, 87 – Medvedev, 38. De Marko, 61.
İlk oyun – 0:1

Spartak (Moskva, Rusiya) – Braqa (Portuqaliya) 1:2
Qol
: Bakayev, 89 – Horta, 42. 45+3.
İlk oyun – 0:1

Antverpen (Belçika) – Alkmaar (Hollandiya) 1:4
Qol
: Lamkel, 73 – Stenqs, 90. Druyf, 96. Koopmeyners, 102. Qudmundsson, 112.
İlk oyun – 1:1

Hapoel (Beer-Şeva, İsrail) – Feyenoord (Hollandiya) 0:3
Qol
: O.Kökcü, 46. Berqeys, 52. Burger, 61.
İlk oyun – 0:3

Trabzonspor (Türkiyə) – AEK (Yunanıstan) 0:2
Qol
: Livaya, 24. Mantalos, 30-pen.
İlk oyun – 3:1

Düdelanj (Lüksemburq) – Ararat (Ermənistan) 2:1 (penaltilər 5:4)
Qol
: Sinani, 48; 71 – Lima, 24.
İlk oyun – 1:2

Ferentsvaroş (Macarıstan) – Suduva (Litva) 4:2
Qol
: Varqa, 36. Boli, 45+1. Nquen, 66. Siqneviç, 90+6 – Verbiçkas, 11. Topçaqiç, 64.
İlk oyun – 0:0

Riyeka (Xorvatiya) – Gent (Belçika) 1:1
Qol
: Pulyiç, 32 – Plastun, 33.
İlk oyun – 1:2

Maribor (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 2:2
Qol
: Tavares, 65. Vankas, 72 – Marselinyo, 17. Keseru, 26.
İlk oyun – 0:0

Ayntraxt (Frankfurt, Almaniya) – Strasburq (Fransa) 3:0
Qol
: Mitroviç, 27-öz qapısına. Kostiç, 60. Da Kosta, 66.
İlk oyun – 0:1

Reyncers (Şotlandiya) – Legiya (Polşa) 1:0
Qol
: Morelos, 90+1.
İlk oyun – 0:0

Vulverhempton (İngiltərə) – Torino (İtaliya) 2:1
Qol
: Ximenes, 30. Dendonker, 59 – Belotti, 58.
İlk oyun – 3:2

Vitoriya (Portuqaliya) – Styaua (Rumıniya) 1:0
Qol
: Tapsoba, 53-pen.
İlk oyun – 0:0