Avropa Liqası: “Neftçi” üçün PSV, “Trabzonspor”, “Feyenoord”, “Ayntraxt”…

“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın turnirin 3-cü təsnifat mərhələsində “Bney Yehuda” (İsrail) səddini keçəcəyi halda, qarşılaşa biləcəyi rəqiblər bilinib. Bakı təmsilçisinin qarşılaşa biləcəyi komandalar arasında PSV, “Trabzonspor”, “Feyenoord”, “Vulverhempton”, “Ayntraxt” kimi klublar var:

Hoqesun (Norveç) – PSV (Hollandiya)
Sparta (Çexiya) – Trabzonspor (Türkiyə)
Antverpen (Belçika) – Viktoriya (Çexiya)
Brondbü (Danimarka) – Braqa (Portuqaliya)
AEK (Kipr) – Gent (Belçika)
Legiya (Polşa) – Atromitos (Yunanıstan)
Vaduts (Lixtenşteyn) – Ayntraxt (Frankfurt, Almaniya)
Styaua (Rumıniya) – Mlada Boleslav (Çexiya)
Feyenoord (Hollandiya) – Dinamo (Gürcüstan)
Lütsern (İsveçrə) – Espanyol (İspaniya)
Malmö (İsveç) – Zrinski (Bosniya və Herseqovina)
Partizan (Serbiya) – Yeni Malatyaspor (Türkiyə)
Pünik (Ermənistan) – Vulverhempton (İngiltərə)

Pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.

“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Bney Yehuda” ilə ilk oyununu öz meydanında, avqustun 8-də, cavab matçını isə bir həftə sonra Təl-Əvivdə keçirəcək.