“Neftçi” Moldovada darmadağına sevindi

“Neftçi” bu gün Avropa Liqasında ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldovanın “Speranta” klubunun qonağı olub. Ötən mövsümdə Avropa Liqasında uğursuz çıxış edən Bakı təmsilçisi bu dəfə qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.

Roberto Bordinin yetirmələri Moldovadakı oyunda darmadağına sevinib. Beləcə, “ağ-qaralar” cütün taleyinə demək olar ki, elə ilk oyunda aydınlıq gətirib.

Komandalar arasındakı cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan komanda Rusiyanın “Arsenal” (Tula) klubu ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun

11 iyul

Speranta (Moldova) – Neftçi 0:3
Qol: Emin Mahmudov, 16-pen. Stiven Monroz, 36. Rəhman Hacıyev, 76.
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Kişinyov, “Zimbru” stadionu

Speranta: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros (k), 93. Maksim Yurku, 98. Alişer Mirzoyev.
Ehtiyat oyunçular: 1. Denis Makoqonenko, 8. Konstantin Sandu, 10. İon Draqan, 20. Rios Misas, 23. İsa Yusuf, 31. İon Arabaci, 87. Ruslan Çelari.
Baş məşqçi: Kristian Efros.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.