Avropa Liqası: Mövsümün rəmzi komandası və ən yaxşı futbolçusu – FOTO

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, rəmzi komandada Almaniyanın “Ayntraxt” və “Leyptsiq”, Şotlandiyanın “Reyncers” və İngiltərənin “Vest Hem” klublarının futbolçuları yer alıb.

Qapıçı: Kevin Trapp (“Ayntraxt”);

Müdafiəçilər: Kreyq Douson (“Vest Hem”), Martin Hinterreger (“Ayntraxt”), Kelvin Bassi (“Reyncers”);

Yarımmüdafiəçilər: Ceyms Tavernye (“Reyncers”), Konrad Laymer (“Leyptsiq”), Deklan Rays (“Vest Hem”), Filip Kostiç (“Ayntraxt”);

Hücumçular: Kristofer Nkunku (“Leyptsiq”), Rafael Borre (“Ayntraxt”), Rayan Kent (“Reyncers”).

Avropa Liqasının ən yaxşı futbolçusu “Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiç, ən yaxşı gənc oyunçusu isə onun komanda yoldaşı Ansqar Knauff seçilib.

Avropa Liqasında cari mövsümün qalibi finalda “Reyncers”i məğlub edən “Ayntraxt” olub.

Bizi Telegramda izləyin