Avropa Liqası: Həftənin ən yaxşısı adına namizədlər

UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına PSV-dən Donyell Malen, “Lüdoqorets”dən Elvis Manu, “Volfsberq”dan Mixael Lindl və “Srvena Zvezda”dan El-Fardu Ben-Nabuan namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.