“Beşiktaş” yenə uduzdu, “Sevilya” pley-offa yüksəldi

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. İngiltərənin “Arsenal” klubu səfərdə Portuqaliya “Vitoria”sının qonağı olub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ” A qrupunda növbəti oyununa bu gün çıxıb. “Köhlən atlar” Kipr APOEL-i ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Qrupun digər matçında “Sevilya” Lüksemburq “Düdelanj”ının qonağı olub və darmadağınla növbəti mərhələyə vəsiqəni təmin edib.

Türkiyə təmsilçilərindən “Beşiktaş” “Braqa”ya, “Trabzonspor” isə “Krasnodar”a məğlub olub. Yalnız “Başakşəhər” “Volfsberq” səfərində darmadağına sevinib.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

6 noyabr

F qrupu

Vitoriya (Portuqaliya) – Arsenal (İngiltərə) 1:1
Qol
: Duarte, 90+1 – Mustafi, 81.

7 noyabr

Standard (Belçika) – Ayntraxt (Frankfurt, Almaniya) 2:1
Qol
: Vanheuzden, 56. Lestyenn, 90+4 – Kostiç, 65.

L qrupu

Astana (Qazaxıstan) – Alkmaar (Hollandiya) 0:5
Qol
: Boadu, 29; 77. Midstyo, 52. İdrissi, 57. Çatzidiakos, 76.

Mançester Yunayted (İngiltərə) – Partizan (Serbiya) 3:0
Qol
: Qrinvud, 22. Marsyal, 33. Reşford, 49.

A qrupu

APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 2:1
Qol
: L.Souza, 59. G.Efrem, 88 – M.Medvedev, 10.

Düdelanj (Lüksemburq) – Sevilya (İspaniya) 2:5
Qol
: Sinani, 69; 80 – Dabbur, 18; 36. Əl Haddadi, 27; 33; 67.

C qrupu

Bazel (İsveçrə) – Xetafe (İspaniya) 2:1
Qol
: Artur, 8. Frey, 60 – Mata, 45.

Krasnodar (Rusiya) – Trabzonspor (Türkiyə) 3:1
Qol
: S.Asan, 27-öz qapısına. M.Fernandes, 34. İqnatyev, 90+3 – Nvakaeme, 90+4.

E qrupu

ÇFR (Rumıniya) – Renn (Fransa) 1:0
Qol
: Rondon, 87.

Latsio (İtaliya) – Seltik (Şotlandiya) 1:2
Qol
: İmmobile, 7 – Forrest, 38. Ntçam, 90+5.

B qrupu

Kopenhagen (Danimarka) – Dinamo (Kiyev, Ukrayna) 1:1
Qol
: Staqe, 4 – Verbiç, 70.

Luqano (İsveçrə) – Mamö (İsveç) 0:0

D qrupu

Rusenborq (Norveç) – Sportinq (Portuqaliya) 0:2
Qol
: Koates, 16. B.Fernandes, 38.

LASK (Avstriya) – PSV (Hollandiya) 4:1
Qol
: Ranftl, 56. Frizer, 60. Klauss, 78; 82 – Şvaab, 5.

K qrupu

Braqa (Portuqaliya) – Beşiktaş (Türkiyə) 3:1
Qol
: Paulinyo, 15; 37. Eduardo, 81 – Boyd, 29.

Vulverhempton (İngiltərə) – Slovan (Slovakiya) 1:0
Qol
: R.Ximenes, 90+2.

H qrupu

Espanyol (İspaniya) – Ludoqorets (Bolqarıstan) 6:0
Qol
: Melendo, 4. Marmol, 19. Varqas, 36-pen. Kampuzano, 52. Pedrosa, 73. F.Ferreyra, 76.

Ferentsvaroş (Macarıstan) – ÇSKA (Rusiya) 0:0

G qrupu

Feyenoord (Hollandiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol
: Berqis, 18-pen – Spilmann, 71.

Reyncers (Şotlandiya) – Portu (Portuqaliya) 2:0
Qol
: Morelos, 69. Deyvis, 73.

J qrupu

Borussiya (Münhenqladbax, Almaniya) – Roma (İtaliya) 2:1
Qol
: Fasio, 35-öz qapısına. Türam, 90+5 – Fasio, 64.

Volfsberq (Avstriya) – Başakşəhər (Türkiyə) 0:3
Qol
: Vişça, 73. Krivelli, 84; 87.

I qrupu

Aleksandriya (Ukrayna) – Sent-Etyen (Fransa) 2:2
Qol
: Bezborodko, 84. Zaderaka, 90+1 – Xazri, 24. Kamara, 72.

Volfsburq (Almaniya) – Gent (Belçika) 1:3
Qol
: J.Viktor, 20 – Yaremçuk, 50. Depoitre, 65. Nqadeu, 76.

Bombardir: Munir Əl Həddadi (Sevilya) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button