Avroliqanın favoritləri qələbə ilə başladılar

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” klubu İ qrupu çərçivəsində İsrail “Makkabi”siylə (Təl-Əviv) qarşılaşıb. Ağdam klubu ilk oyunundan məğlubiyyətlə ayrılıb. Təmsilçimizin yer aldığı İ qrupunun digər oyununda qardaş ölkə Türkiyəni təmsil edən “Sivasspor” İspaniyada “Vilyarreal”ın qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanan tərəf olub.

İngiltərə klubları “Arsenal” və “Tottenhem” Avstriya təmsilçiləri “Rapid”lə LASK-ı sınağa çəkib. Hər iki oyunda London təmsilçiləri üstün olub.

Turnirin favoritləri sırasında göstərilən İtaliya klubları da ilk matçlarına çıxıblar. “Milan” səfərdə, “Napoli” isə evdə yarışa start verib. Neapollular gözlənilməz məğlubiyyətə üzüldükləri halda milanlılar qələbə qazanıblar.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

22 oktyabr

A qrupu

Yanq Boyz (İsveçrə) – Roma (İtaliya) 1:2
Qol
: Nsame, 14-pen – B.Peres, 69. Kumbulla, 74.

ÇSKA (Bolqarıstan) – ÇFR (Kluj, Rumıniya) 0:2
Qol
: Rondon, 53. Deaç, 74-pen.

B qrupu

Rapid (Vyana, Avstriya) – Arsenal (İngiltərə) 1:2
Qol
: Funtas, 51 – D.Luis, 70. Obameyanq, 74.

Dandalk (İrlandiya) – Molde (Norveç) 1:2
Qol
: Murrey, 35 – Hussain, 62. Omoyfuanjo, 72-pen.

C qrupu

Bayer (Leverkuzen, Almaniya) – Nitsa (Fransa) 6:2
Qol
: Amiri, 11. Alario, 16. Diabi, 61. Bellarabi, 79; 83. Virts, 87 – Quiri, 31. Maurise, 90.

Hapoel (Beer-Şava, İsrail) – Slaviya (Çexiya) 3:1
Qol
: Aqudelo, 45. Akolatse, 86; 88 – Provod, 75.

D qrupu

Lex (Polşa) – Benfika (Portuqaliya) 2:4
Qol
: İshak, 15; 49 – Pizzi, 9. Nunez, 42; 60; 90+3.

Standard (Belçika) – Reyncers (Şotlandiya) 0:2
Qol
: Tavernye, 19-pen. Ruf, 90+3.

E qrupu

PSV (Niderland) – Qranada (İspaniya) 1:2
Qol
: Götse, 45+1 – Molina, 57. Maçis, 66.

PAOK (Yunanıstan) – Omoniya (Kipr) 1:1
Qol
: Murq, 56 – Bautheaç, 16.

F qrupu

Napoli (İtaliya) – Alkmaar (Niderland) 0:1
Qol
: De Vit, 57.

Riyeka (Xorvatiya) – Real Sosyedad (İspaniya) 0:1
Qol
: Yon, 90+3.

G qrupu

Braqa (Portuqaliya) – AEK (Yunanıstan) 3:0
Qol
: Qaleno, 44. Paulinyo, 78. Horta, 88.

Lester (İngiltərə) – Zarya (Ukrayna) 3:0
Qol
: Meddison, 29. Barnes, 45. İheanaço, 67.

H qrupu

Seltik (Şotlandiya) – Milan (İtaliya) 1:3
Qol
: M.Elyunussi, 76 – Kruniç, 14. B.Dias, 42. Hauqe, 90+2.

Sparta (Çexiya) – Lill (Fransa) 1:4
Qol: Doçkal, 47 – Y.Yazıçı, 45+1; 60; 75. İkone, 66.

İ qrupu

Makkabi (Tel-Əviv, İsrail) – Qarabağ (Azərbaycan) 1:0
Qol
: Kohen, 10.

Vilyarreal (İspaniya) – Sivasspor (Türkiyə) 5:3
Qol
: Kubo, 13. Bakka, 20. Foyt, 57. Alkaser, 74; 78 – Kayode, 33. Yatabare, 43. Qradel, 64.

J qrupu

Tottenhem (İngiltərə) – LASK (Avstriya) 3:0
Qol
: Lukas, 18. Andrade, 27-öz qapısına. Son, 84.

Ludoqorets (Bolqarıstan) – Antverpen (Belçika) 1:2
Qol
: Higinio, 46 – Gerkens, 63. Refaelov, 70.

K qrupu

Volfsberq (Avstriya) – ÇSKA (Moskva, Rusiya) 1:1
Qol
: Liendl, 42 – Qayiç, 5.

Dinamo (Zaqreb, Xorvatiya) – Feyenoord (Niderland) 0:0

L qrupu

Hoffenhaym (Almaniya) – Srvena Zvezda (Serbiya) 2:0
Qol
: Baumqartner, 64. Dabbur, 90+3.

Slovan (Çexiya) – Gent (Belçika) 1:0
Qol
: A.Yusuf, 29.

Bombardir: Yusuf Yazıcı (Lill), Darvin Nunez (Benfika) – 3 qol.