“Arsenal”la “Roma”dan darmadağın, “Beşiktaş” uduzdu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” İspaniyanın “Sevilya” klubunu qəbul edib. Ağdam klubunun 3 cavabsız qolla uduzduğu gündə qrupun digər oyununda Kiprin APOEL klubu Lüksemburq “Düdelanj”ı ilə qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.

Türkiyənin “Trabzonspor” klubu “Xetafe”nin qonağı olub və minimal hesabla uduzub. “Başakşəhər” “Roma”, “Beşiktaş” isə “Slovan”la üz-üzə gəlib. Bu klublar da səfər matçlarını məğlubiyyətlə başa vurublar.

İngiltərə “Arsenal”ı Almaniya “Ayntraxt”ını, “Mançester Yunayted” isə Qazaxıstan “Astana”sını sınağa çəkib. “Topçular” böyük hesabla, “qırmızı şeytanlar” isə minimal hesabla üstün olublar.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

19 sentyabr

A qrupu

APOEL (Kipr) – Düdelanj (Lüksemburq) 3:4
Qol
: Pavloviç, 54; 58. Tomas De Vinsenti, 56-pen. – Sinani, 36; 82. Bernye, 51. Ştolts, 72.

Qarabağ (Azərbaycan) – Sevilya (İspaniya) 0:3
Qol
: Çiçarito, 62. Əl-Haddadi, 78. O.Torres, 85.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Malmö (İsveç) 1:0
Qol
: Buyalski, 84.

Kopenhagen (Danimarka) – Luqano (İsveçrə) 1:0
Qol: M.Santos, 50.

C qrupu

Bazel (İsveçrə) – Krasnodar (Rusiya) 5:0
Qol
: Bua, 9; 40. Zuffi, 52. Vilyena, 55-öz qapısına. Okafor, 79.

Xetafe (İspaniya) – Trabzonspor (Türkiyə) 1:0
Qol
: Anxel, 18.

D qrupu

PSV (Hollandiya) – Sportinq (Portuqaliya) 3:2
Qol
: Malen, 19. Koates, 25-öz qapısına. Baumqartl, 48 – B.Fernandes, 38-pen. Mendeş, 82.

LASK (Avstriya) – Rusenborq (Norveç) 1:0
Qol
: Holland, 45+3.

E qrupu

Renn (Fransa) – Seltik (Şotlandiya) 1:1
Qol
: Nyanq, 38-pen. – Kristi, 59-pen.

ÇFR (Kluj, Rumıniya) – Latsio (İtaliya) 2:1
Qol
: Dyak, 41. Omrani, 75 – Bastos, 25.

F qrupu

Ayntraxt (Frankfurt, Almaniya) – Arsenal (İngiltərə) 0:3
Qol
: Uillok, 38. Saka, 85. Obameyanq, 88.

Standard (Belçika) – Vitoriya (Portuqaliya) 2:0
Qol
: Hanen, 66-öz qapısına. Mpoku, 90+1.

G qrupu

Portu (Portuqaliya) – Yanq Boyz (İsveçrə) 2:1
Qol
: Soares, 8; 29 – Nsame, 15-pen.

Reyncers (Şotlandiya) – Feyenoord (Hollandiya) 1:0
Qol
: Ojo, 24.

H qrupu

Ludoqorets (Bolqarıstan) – ÇSKA (Rusiya) 5:1
Qol
: Vanderson, 48. Lukoki, 50. Keşeru, 52; 69; 73-pen. – Diveyev, 11.

Espanyol (İspaniya) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol
: Varqas, 60 – X.Lopes, 10-öz qapısına.

I qrupu

Volfsburq (Almaniya) – Aleksandriya (Ukrayna) 3:1
Qol
: Arnold, 20. Mehmedi, 24, Brekalo, 67 – Banada, 66.

Gent (Belçika) – Sent-Etyen (Fransa) 3:2
Qol
: David, 2; 43. Perren, 64 – Xəzri, 38. Kaminski, 75-öz qapısına.

J qrupu

Roma (İtaliya) – Başakşəhər (Türkiyə) 4:0
Qol
: Kaysara, 42-öz qapısına. Dzeko, 58. Zaniolo, 71. Kluyvert, 90+3.

Borussiya (Münhenqladbax, Almaniya) – Volfsberq (Avstriya) 0:4
Qol
: Vayssman, 13. Leytgeb, 31; 68. Ritsmayer, 41.

K qrupu

Vulverhempton (İngiltərə) – Braqa (Portuqaliya) 0:1
Qol
: Horta, 71.

Slovan (Slovakiya) – Beşiktaş (Türkiyə) 4:2
Qol
: Şporar, 14; 58. Lyubiçiç, 90+3. Rarsalla, 90+4 – Lyayiç, 29-pen. Bojikov, 45+1-öz qapısına.

L qrupu

Mançester Yunayted (İngiltərə) – Astana (Qazaxıstan) 1:0
Qol
: Qrinvud, 73.

Partizan (Serbiya) – AZ Alkmaar (Hollandiya) 2:2
Qol
: Natxo, 42-pen.; 61 – Stenqs, 13. Boadu, 67.

Bombardir: Klaudio Keşeru (Ludoqorets) – 3 qol.