Avropa Liqasında 2-ci təsnifat mərhələsi başa çatdı

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Bu qarşılaşmalardan sonra “Ararat” (Ermənistan), “Suduva” (Litva), “Düdelanj” (Lüksemburq) və “Slovan” (Slovakiya) növbəti mərhələyə yüksəlib.

Dünən Avropa Liqasında daha bir oyun keçirilib. Norveçin “Molde” klubu səfərdə Serbiya “Çukariçki”si ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun qolsuz başa çatmışdı. Dörd qolun vurulduğu cavab görüşündə isə Norveç təmsilçisi sevinən tərəf olub.

“Neftçi” və “Qəbələ” isə Avropa Liqasındakı növbəti oyunlarına bu gün çıxıb. “Neftçi” ilk oyunda səfərdə məğlub etdiyi (1:0) “Arsenal”ı qəbul edib və darmadağınla növbəti mərhələyə yüksəlib. “Qəbələ” isə səfərdə “Dinamo” ilə qarşılaşıb. Qəbələ təmsilçisi ilk oyunda rəqibinə 0:2 hesabıyla məğlub olmuşdusa, bu dəfə darmadağınla uduzaraq mübarizəni dayandırıb.

Türkiyənin turnirdəki təmsilçilərindən olan “Yeni Malatyaspor” Sloveniya “Olimpiya”sı ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun qollu bərabərliklə bitmişdi – 2:2. Səfərdə minimal hesabla üstün olan Türkiyə klubu növbəti mərhələyə yüksəlib.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

30 iyul

Linkoln (Cəbəllütariq) – Ararat (Ermənistan) 1:2
Qol
: A.Hernandes, 74 – O.Luis, 45+1; 58.
İlk oyun – 0:2

Suduva (Litva) – Tre Penne (San Marino) 5:0
Qol
: Topçaqiç, 14; 39; 55. Kerla, 17. Qotal, 89.
İlk oyun – 5:0

Düdelanj (Lüksemburq) – Şkendiya (Makedoniya) 1:1
Qol
: Delqado, 78 – İbrahimi, 90+2.
İlk oyun – 2:1

Feronikeli (Kosovo) – Slovan (Slovakiya) 0:2
Qol
: De Marko, 19. Holman, 54.
İlk oyun – 1:2

31 iyul

Çukariçki (Serbiya) – Molde (Norveç) 1:3
Qol
: Kayeviç, 82 – Omoyjuanfo, 4. Eikrem, 38. Knudtzon, 78.
İlk oyun – 0:0

1 avqust

Astana (Qazaxıstan) – Santa Koloma (Andorra) 4:1
Qol
: Siquryonsson, 24-pen. Tomasov, 73; 79; 90+4 – E.Pi, 7.
İlk oyun – 0:0

Ordabası (Qazaxıstan) – Mlada Boleslav (Çexiya) 2:3
Qol
: Şçetkin, 45. Diakate, 56-pen – Mateyovski, 8. Komliçenko, 33-pen. Mesanoviç, 47.
İlk oyun – 1:1

Kayrat (Qazaxıstan) – Hapoel Beer-Şeva (İsrail) 1:1
Qol
: Duqaliç, 40- Duqaliç, 63-öz qapısına.
İlk oyun – 0:2

Vitorul (Rumıniya) – Gent (Belçika) 2:1
Qol
: İanku, 47-pen; 61-pen – Yaremçuk, 38.
İlk oyun – 3:6

Zarya (Ukrayna) – Buduçnost (Monteneqro) 1:0
Qol
: Qromov, 32.
İlk oyun – 3:1

Kuopio (Finlandiya) – Legiya (Polşa) 0:0
İlk oyun – 0:1

Universitatya Krayova (Rumıniya) – Honved (Macarıstan) 0:0 (penaltilər 3:1)
İlk oyun – 0:0

Debretsen (Macarıstan) – Torino (İtaliya) 1:4
Qol
: Qarba, 52 – Zaza, 25. İzzo, 32. Belotti, 69. Miliko, 90+2.
İlk oyun – 0:3

Haken (İsveç) – Alkmaar (Hollandiya) 0:3
Qol
: Boadu, 42. Stenqs, 56. Til, 67.
İlk oyun – 0:0

Levski (Bolqarıstan) – AEK (Kipr) 0:4
Qol
: Triçkovski, 8-pen; 29; 75; 82.
İlk oyun – 0:3

Riqa (Latviya) – Pyast (Polşa) 2:1
Qol
: Peterson, 26. Bilinski, 83 – Feliks, 20.
İlk oyun – 2:3

AEL (Kipr) – Aris (Yunanıstan) 0:1
Qol
: Diquini, 14.
İlk oyun – 0:0

Apollon (Kipr) – Şemrok Rovers (İrlandiya) 3:1
Qol
: Zelaya, 18. Salai, 64. Sardinero, 102 – Qrine, 69.
İlk oyun – 1:2

Atromitos (Yunanıstan) – Dunayska Ştreda (Slovakiya) 3:2
Qol
: Katranis, 22. Manusos, 28-pen. Risvanis, 76 – Ramires, 53. Kalmar, 72-pen.
İlk oyun – 2:1

Dinamo (Gürcüstan) – Qəbələ (Azərbaycan) 3:0
Qol
: Şengeliya, 68; 88. Karikari, 90+3.
İlk oyun – 2:0

Liepaya (Latviya) – Nörçepinq (İsveç) 0:1
Qol
: Hakşabanoviç, 89.
İlk oyun – 0:2

Yablonets (Çexiya) – Pünik (Ermənistan) 0:0
İlk oyun – 1:2

Makkabi (Hayfa, İsrail) – Strasburq (Fransa) 2:1
Qol
: Şua, 25. Rukavitsa, 40 – Ayorke, 17.
İlk oyun – 1:3

Klaksvik (Farer adaları) – Lütsern (İsveçrə) 0:1
Qol
: Voka, 34.
İlk oyun – 0:1

Malmö (İsveç) – Domjale (Sloveniya) 3:2
Qol
: Leviçki, 21. Rozenberq, 32. Benqtsson, 83 – Nikolson, 12. Kariç, 45+1.
İlk oyun – 2:2

Neftçi (Azərbaycan) – Arsenal (Rusiya) 3:0
Qol
: Əliyev, 49. Dario, 89. Mbodj, 90+3.
İlk oyun – 1:0

Şerif (Moldova) – Partizani (Albaniya) 1:1
Qol
: Ndiaye, 63 – Asani, 29.
İlk oyun – 1:0

Jrinski (Bosniya və Herseqovina) – Utrext (Hollandiya) 2:1
Qol
: Haciç, 65. Mandiç, 111 – Qustafson, 45+1.
İlk oyun – 1:1

Vaduts (Lixtenşteyn) – Videoton (Macarıstan) 2:0
Qol
: Qayiç, 61-pen. Kulibali, 100.
İlk oyun – 0:1

Brondbü (Danimarka) – Lexiya (Qdansk, Polşa) 4:1
Qol
: Arayuri, 15. Vilçek, 53. Lindstrom, 94; 118 – Payxao, 67.
İlk oyun – 1:2

Ludoqorets (Bolqarıstan) – Valyur (İslandiya) 4:0
Qol
: Hedlund, 7-öz qapısına. İkoko, 24. Şvertsok, 82; 84.
İlk oyun – 1:1

Proqres (Lüksemburq) – Reyncers (Şotlandiya) 0:0
İlk oyun – 0:2

Esbyerq (Danimarka) – Şaxtyor (Belarus) 0:0
İlk oyun – 0:2

Qzira (Malta) – Ventspils (Latviya) 2:2
Qol
: Cefferson, 15; 90+3 – Kazaçok, 72. Sergeyçuk, 79.
İlk oyun – 0:4

Olimpiya (Sloveniya) – Yeni Malatyaspor (Türkiyə) 0:1
Qol
: Yahoviç, 77.
İlk oyun – 2:2

Styaua (Rumıniya) – Alaşkert (Ermənistan) 2:3
Qol
: Tanaşe, 10-pen. Koman, 59 – Marmentini, 23; 28. Qalvao, 45.
İlk oyun – 3:0

Şturm (Avstriya) – Hauqesun (Norveç) 2:1
Qol
: Sandberq, 15-öz qapısına. Lyubiç, 48 – Kiqard, 68.
İlk oyun – 0:2

Ayntraxt (Almaniya) – Flora (estoniya) 2:1
Qol
: Pasiensia, 37; 54 – Sinyavski, 40.
İlk oyun – 2:1

Linfild (Şimali İrlandiya) – HB Torshavn (Farer adaları) 1:0
Qol
: Vatervort, 20-pen.
İlk oyun – 2:2

Aberdin (Şotlandiya) – Çixura (Gürcüstan) 5:0
Qol
: Kosqrove, 9; 20; 80. Leyq, 58. Rayt, 65.
İlk oyun – 1:1

Osiyek (Xorvatiya) – ÇSKA (Bolqarıstan) 1:0 (penaltilər 3:4)
Qol
: Maystoroviç, 28.
İlk oyun – 0:1

Spartak (Slovakiya) – Lokomotiv (Plovdiv, Bolqarıstan) 3:1
Qol
: Danqubiç, 16. Mitrea, 53. Tavares, 71 – Ozbolt, 74.
İlk oyun – 0:2

Partizan (Serbiya) – Konnah (Uels) 3:0
Qol
: Toşiç, 54. Ozeqoviç, 70. Stevanoviç, 73.
İlk oyun – 1:0

Vitoriya (Portuqaliya) – Jeness Eş (Lüksemburq) 4:0
Qol
: Tapsoba, 14; 87. Qedeş, 63. S.Souza, 90+3.
İlk oyun – 1:0

Kruzeyders (Şimali İrlandiya) – Vulverhempton (İngiltərə) 1:4
Qol
: Bennett, 13-öz qapısına – Ximenes, 15; 45. Bennett, 38. Forsite, 77-öz qapısına.
İlk oyun – 0:2

Styarnan (İslandiya) – Espanyol (İspaniya) 1:3
Qol
: Siqurdsson, 87 – Pedrosa, 5. İqlesias, 52. Ferreyra, 79.
İlk oyun – 0:4