Avropa Liqası: 1/8 final mərhələsinin cütləri

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasim saat 16:00-da start götürüb.

Türkiyənin turnirdəki təmsilçisi “Başakşəhər” klubu bu mərhələdə Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi

Başakşəhər (Türkiyə) – Kopenhagen (Danimarka)
Olimpiakos (Yunanıstan) – Vulverhempton (İngiltərə)
Reyncers (Şotlandiya) – Bayer (Leverkuzen, Almaniya)
İnter (İtaliya) – Xetafe (İspaniya)
Sevilya (İspaniya) – Roma (İtaliya)
Ayntraxt (Frankfurt, Almaniya)/Zalsburq (Avstriya) cütünün qalibi – Bazel (İsveçrə)
LASK (Avstriya) – Mançester Yunayted (İngiltərə)
Volfsburq (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna)