Avropa Liqası: ən yaxşı adına namizədlər müəyyənləşdi

UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı adına namizədlər arasında “Qarabağ”ın turnirdəki rəqiblərindən olan “Vilyarreal”ın futbolçusu Takfuso Kubo da var. Digər namizədlər isə “Lill”dən Yusuf Yazıçı, “Benfika”dan Darvin Nunes və “Lester”dən Keleçi İhinaçodur.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.