Avropa kuboku: Azərbaycan komandalarının heyətləri məlum oldu

Kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandasının Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa şahmat klub kubokunda növbəti oyunları üçün heyətləri məlum olub.

Komanda.az xəbər verir ki, “Vüqar Həşimov” komandasında İsveçin “Stockholms” kollektivinə qarşı Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov və Xəzər Babazadə mübarizə aparacaq.

“Odlar Yurdu”da Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva Ukraynanın “Blue & Yellow” klubuna qarşı çıxış edəcək.

Kişilər

2-ci tur

“Vüqar Həşimov” – “Stockholms”

Kiril Şevçenko – Lars Hauge

Misrətdin İskəndərov – Can Ertan

Vüqar Əsədli – Erik Torn

Əhməd Əhmədzadə – Karl Sederstam

Ülvi Sadıxov – Nils-Qustam Rehman

Xəzər Babazadə – Felik Tuomainen

Qadınlar

“Blue & Yellow” – “Odlar Yurdu”

Natalya Buksa – Günay Məmmədzadə

İnna Qaponenko – Ülviyyə Fətəliyeva

Yevgeni Doluxanova – Xanım Balacayeva

Diana Tarleva – Gövhər Beydullayeva

“Vüqar Həşimov” komandası ilk turda İngiltərə “Şarks”ını, “Odlar Yurdu” isə Fransa “Filidor”unu məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button