Azərbaycan millisinin Ukrayna ilə oyunlar üçün heyəti bilindi

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

N.AD / SOYADKLUB
1Rövşən HüseynliAraz-Naxçıvan
2Ramiz ÇovdarovAraz-Naxçıvan
3İsa AtayevAraz-Naxçıvan
4Xətai BağırovAraz-Naxçıvan
5Rizvan FərzəliyevAraz-Naxçıvan
6Amir ShojaeiAraz-Naxçıvan
7Nurlan MehdizadəAraz-Naxçıvan
8Cavad MəmmədovNeftçi
9Emin KürdovEkol
10Tofiq MikayılovEkol
11Xəzər AğalizadəU-19
12Rafael VilelaPalma Futsal (İspaniya)
13Fineo De AraujoSporting Paris (Fransa)
14Thiago Teles MartinsACCS FUTSAL (Fransa)
15Everton CardosoLevante U.D. (İspaniya)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button