“Avropa çempionatında qalib gəlmədən millidən ayrılsam…” – Kroos

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Hollandiya yığması ilə qarşılaşacaq Almaniya millisinin yarımmüdafiəçisi Toni Kross karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Real”da çıxış edən 29 yaşlı futbolçu, AÇ-2020-dən sonra milli komandadakı karyerasını bitirə biləcəyini deyib:

“AÇ-2020-dən sonra millidəki karyeramı bitirməklə bağlı düşünmək üçün vaxtım olacaq. Avropa çempionatında qalib gəlmədən millidən ayrılsam, mənim üçün faciə olmaz. İndi fərdi mübarizələrdə rəqibinə qalib gələn çoxlu futbolçumuz var. Sadəcə, qol vurmaq üçün daha bir neçə hücumçuya ehtiyacımız ola bilər. Hazırda tapşırıqlara uyğun hazırlaşıram, çünki əsas məqsədim uğurlu oyun göstərməkdir”.

Almaniya – Hollandiya matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button