AÇ-2019-da finalçılar bəlli oldu

17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatında finalçılar bəlli olub.

Komanda.az xəbər verir ki, AÇ-2019-un həlledici görüşündə Hollandiya və İtaliya yığmaları üz-üzə gələcək.

Hollandiyanın U-17 millisi yarımfinal mərhələsində İspaniyanı (1:0), İtaliya isə Fransanı məğlub edib (2:1).

Hollandiya və İspaniya milliləri arasında final matçı mayın 19-da, İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək.