Avropa Badminton Konfederasiyasının konqresi Bakıda keçiriləcək

Maltanın paytaxtı Valetta şəhərində keçirilən Avropa Badminton Konfederasiyasının illik iclası başa çatıb.

Komanda.az xəbər verir ki, konqresdə ABF prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

2 gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti, sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib.

Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyasılarının prezidentləri ölkəmizə səfər edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button