Avropa Liqasının Bakı finalını neçə azarkeş izləyib?

Bakıda keçirilən Avropa Liqasının final matçını izləyən azarkeş sayı məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda “Çelsi” ilə “Arsenal” arasında keçirilən həlledici görüşü 51 min 370 azarkeş stadiondan izləyib. Bu, turnir tarixində son 10 ilin ən yaxşı 3-cü göstəricisidir.

“Çelsi” “Arsenal”ı 4:1 hesabıyla məğlub edərək, Avropa Liqasında 2018/19 mövsümünün qalibi olub.

Son 10 ilin ən yaxşı göstəricisi isə 2018-ci ildə Lion şəhərində baş tutan finala məxsusdur. “Marsel”lə “Atletiko” arasında keçirilən final matçını 55 min 768 azarkeş stadiondan canlı izləmişdi. Həmin qarşılaşmada madridlilər 3:0 hesabıyla qələbə qazanmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button