Avroliqada pley-offun bütün cütləri bəlli oldu

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 3-cü təsnifat mərhələsi başa çatdıqdan sonra qrup mərhələsinə son 21 vəsiqəyə iddialıların tam siyahısı bəlli olub.

Bu komandalar oktyabrın 1-də baş tutacaq pley-offda 21 cüt təşkil edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın rəqibi “Legiya” olacaq. Təmsilçimiz bu matçı Polşada keçirəcək.

Pley-offda mübarizə aparacaq yeganə Türkiyə təmsilçisi “Qalatasaray” Şotlandiya “Reyncers”i ilə görüşəcək. Bu qarşılaşma Qlazqoda baş tutacaq.

Avropa Liqası
Pley-off
1 oktyabr

Yanq Boyz (İsveçrə) – Tirana (Albaniya)
Dinamo (Xorvatiya) – Flora (Estoniya)
ÇFR (Rumıniya) – Kuopio (Finlandiya)
Ararat (Ermənistan) – Srvena Zvezda (Serbiya)
Dinamo (Brest, Belarus) – Ludoqorets (Bolqarıstan)
Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya)
Legiya (Polşa) – Qarabağ (Azərbaycan)
Dandalk (İrlandiya) – Klaksvik (Farer adaları)
Hapoel (Beer-Şeva, İsrail) – Viktoriya (Plzen, Çexiya)
Bazel (İsveçrə) – ÇSKA (Sofiya, Bolqarıstan)
Rio Ave (Portuqaliya) – Milan (İtaliya)
Rusenborq (Norveç) – PSV (Niderland)
Sportinq (Portuqaliya) – LASK (Avstriya)
Kopenhagen (Danimarka) – Riyeka (Xorvatiya)
AEK (Yunanıstan) – Volfsburq (Almaniya)
Şarlerua (Belçika) – Lex (Polşa)
Malmö (İsveç) – Qranada (İspaniya)
Tottenhem (İngiltərə) – Makkabi (Hayfa, İsrail)
Slovan (Çexiya) – APOEL (Kipr)
Standard” (Belçika) – Fehervar (Macarıstan)
Reyncers (Şotlandiya) – Qalatasaray (Türkiyə)