Avroliqada həftənin ən yaxşısı bəlli oldu

Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 1/16 final mərhələsinin bu həftə baş tutan cavab oyunlarından sonra Rusiyanın “Zenit” klubunun iranlı futbolçusu Sərdar Azmun ən yaxşı seçilib.

Sankt Peterburq təmsilçisinin üzvü 1/16 final mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə ev oyununda 80 dəqiqə meydanda olub və iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub. “Zenit” isə bu oyundan 3:1 hesablı qələbə ilə ayrılmaqla 1/8 finala yüksəlib.

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına Patson Daka (“Zalsburq”), Pablo Sarabia (“Sevilya”) və Kallum Hadson-Odoi (“Çelsi”) də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button