Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, İspaniyanın “Espanyol” klubunun hücumçusu Conatan Kalyeridi. Argentinalı futbolçu İngiltərənin “Vulverhempton” klubuna 3:2 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atmışdı.

Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Fred (“Mançester Yunayted”), Edin Vişça (“Başakşəhər”) və Kay Haverts (“Bayer”) idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button