Avroliqada həftənin ən yaxşı futbolçusu

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyunlarından sonra bu ada İngiltərə “Arsenal”ının hücumçusu Aleksandr Lakazett layiq görülüb.

Fransalı forvard Londonda İspaniya “Valensiya”sını 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button