Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə azarkeşlər 4 futbolçu arasında seçim edib.

Nəticədə Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Bruno Fernandes turun ən yaxşısı seçilib. 25 yaşlı futbolçu Hollandiya nəhəngi PSV ilə ev oyununda (4:0) 2 qol, 2 məhsuldar ötürmə sayəsində buna nail olub.

Bruno Fernandes digər iddiaçılar Vensan Abubakar (“Portu”), Raul Ximenes (“Vulverhempton”) və Daiti Kamadanı (“Ayntraxt”) qabaqlamağı bacarıb.