Avroliqada həftənin ən yaxşı futbolçusu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avroliqada qrup mərhələsinin 4-cü turunun ən yaxşısı “Sevilya”nın hücumçusu Munir Əl-Həddadi seçilib.

O, qitənin ali futbol qurumunun rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) qabaqlayıb.

Qeyd edək ki, Əl-Həddadi “Düdelanj”la (Lüksemburq) ev oyununda (5:2) het-trikə imza atıb.